Modern.az

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

مورد توجه

29 İyul 2019, 23:11

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 65,47 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,8 dollar/barel azdır.

Modern.az  xəbər verir ki, Bu barədə "Trend"ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 64,76 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,8 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 62,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,05 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 62,28 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,15 dollar/barel azdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı