Modern.az

Prokurorluqda işləmək istəyənlərin imtаhаn nəticələri məlum oldu

Prokurorluqda işləmək istəyənlərin imtаhаn nəticələri məlum oldu

Aktual

9 Avqust 2019, 15:44

Prokurorluq orqanlarında işləmək istəyən namizədlər üçün keçirilmiş tеst imtаhаnının nəticələri açıqlanıb.

Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə müvafiq olaraq prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib. 

İşə qəbul olmaq üçün ərizə təqdim etmiş 284 namizəddən 26 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak etmiş 258 namizəddən 128 nəfəri müsabiqə şərtini (70 və daha çox bal) ödəyərək növbəti mərhələyə buraxılıb.

İmtahan nəticələri ilə buradan  tanış ola bilərsiniz.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı