Modern.az

ABŞ-da silahlı insidentdə 10 yeniyetmə yaralandı

ABŞ-da silahlı insidentdə 10 yeniyetmə yaralandı

مورد توجه

31 Avqust 2019, 20:50

ABŞ-da növbəti dəfə silahlı insident olub.

Modern.az  xəbər verir ki, insident “LeFlor” və “Villyamson” məktəbli komandaları arasında baş tutan matçdan sonra yaşanıb.

Məlumata görə,  Alabama ştatının Mobil şəhərində stadionda atışma nəticəsində azı 10 yeniyetmə yaralanıb. Xəsarət alanlar 15-18 yaş arası yeniyetmələrdir. Onların hamısı xəstəxanaya yerləşdirilib, vəziyyətləri kritikdir.

Şəhər polisinin rəisi Lorens Battiste bildirib ki, xəsarət alanların çoxu “LeFlor” komandasının azarkeşləridir.

Polis isti izlərlə iki nəfəri saxlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı