Modern.az

İran səfirliyinin qarşısında aksiya keçirildi

İran səfirliyinin qarşısında aksiya keçirildi

Aktual

25 Noyabr 2019, 14:48

Bu  gün Azərbaycan Xalq Hərəkatının (AXH) üzvləri tərəfindən İranın Azərbaycandakı səfirliyi qarşısında, İran İslam Respublikasında son günlər yaşanan kütləvi xalq etirazları zamanı İran türklərinin hakimiyyət orqanları tərəfindən təqib, təzyiq və qətlləri ilə bağlı etiraz piketi keçirilib.

 

Modern.az xəbər verir ki, piketçilər şüarlar səsləndirib, İran səfirliyinə qətnamə təqdim edəndən dərhal sonra saxlanılaraq polis idarəsinə aparılıblar.

 

AXH piket iştirakçılarının həbsi ilə bağlı bəyanat verərək, onların azad edilməsini tələb ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı