Modern.az

AZAL-dan Naxçıvana gedən sərnişinlərə XƏBƏRDARLIQ

AZAL-dan Naxçıvana gedən sərnişinlərə XƏBƏRDARLIQ

Güncel

17 Dekabr 2019, 14:40

“Azərbaycan Dəmir Yolları” QSC (AZAL) Naxçıvana uçuş planlaşdıran sərnişinlərə xəbərdarlıq edib.

 

Modern.az xəbər verir ki, “www.azal.az” saytında aparılan texniki işlərlə əlaqədar 2020-ci il yanvarın 8-dən sonra yerinə yetirilən Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətləri üzrə reyslərə aviabiletlərin onlayn bronlaşdırılması müvəqqəti mümkün olmayacaq. Texniki işlərin yanvarın 7-də də başa çatması planlaşdırılır.

 

Qeyd edək ki, yanvarın 8-dən əvvəl yerinə yetirilən uçuşlar üçün aviabiletlərin onlayn satışı məhdudiyyətsiz aparılacaq.

 

Həmin dövr üçün biletlərin əldə edilməsi ilə bağlı “Silk Way Travel”in ofisinə (Bakı şəhəri, Nizami küçəsi, 126), həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda və Naxçıvanın hava limanındakı kassalarımıza müraciət etmək olar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı