Modern.az

Polis bir gündə 46 nəfər saxladı  

Polis bir gündə 46 nəfər saxladı  

مورد توجه

22 Fevral 2020, 15:08

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 27 cinayətin üstü “isti izlər”lə açılıb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 43 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı