Türkiyədə son sutka ərzində daha 19 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 5 225 nəfərə çatıb:
"Bu gün ölkədə koronavirus testindən keçən 46 414 nəfərdən 1 148-nin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı 205 758 nəfərə çatıb. Müalicə olunan 1 188 xəstə isə bu gün evə buraxılıb. Bununla da indiyədək 180 680 nəfər koronavirusdan müalicə olunub".
Qeyd edək ki, Türkiyədə son 3 gündə infeksiyaya yoluxmaya ən çox İstanbul, Ankara, Qaziantep, Mardin, Konya, Bursa, Diyarbəkirdə rast gəlinib.