Bakı-Tiflis-Ərzurum qaz kəmərinin Türkiyədən keçən hissəsində partlayış olub. Modern.az Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, dünən axşam saatlarında Türkiyənin Qars şəhərinin Sarıqamış rayonu ərazisindən keçən hissəsində naməlum səbəbdən partlayış olub. Partlayışdan sonra yanğın başlayıb və hündürlüyü 100 metrə çatan alovu kilometrlərlə uzaq məsafələrdə görmək mümkün olub. Partlayışın təxribat olduğu ehtimalı edirlir. Hadisə ilə bağlı istintaq işlərinə başlayıb.
Modern.az