Modern.az

Bakı Şəhər İcra Hakimiyyəti sakinlərə gül dibçəkləri paylayır - FOTO

Bakı Şəhər İcra Hakimiyyəti sakinlərə gül dibçəkləri paylayır - FOTO

Aktual

10 İyun 2021, 08:35

Bakı Şəhər və rayonların İcra Hakimiyyətləri (BŞİH) tərəfindən paytaxtın rayonlarında küçə və prospektlər boyunca yerləşən yaşayış binalarının eyvanlarında müxtəlif güllərlə bəzədilmiş dibçəklər yerləşdirilir.

 

BŞİH-dən Modern.az-a bildirilib ki, meriya və rayon icra hakimiyyətləri sakinlərə müraciət edərək öz şəhərini sevən hər bir vətənpərvər insanı bina və həyətlərin yaşıllaşdırılması və bəzədilməsi işlərində fəal olmağa, paytaxtımızın gözəlliyinə öz töhfəsini verməyə çağırır.

 

Qeyd olunmalıdır ki, bu mənzərəyə dünyanın bir çox şəhərlərində rast gəlmək olar. Sakinlər öz təşəbbüsləri ilə yaşadıqları binalarin eyvanlarını müxtəlif rəng çalarlı gül-çiçəklərlə bəzəyirlər. Təcrübə göstərir ki, sakinlər bu təşəbbüslərdə fəal iştirak etdikdə işlər daha geniş vüsət alır. Hər bir sakin, onların ailə üzvləri eyvanlarında qoyulan dibçəklərdəki güllərə qulluq edib, onlara mütəmadi olaraq su verərsə güllər daha yaxşı inkişaf edərək əraziyə gözəllik verəcək.

 

Artıq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi və kommunal qurumlar tərəfindən gül dibçəklərinin binalara paylanmasına başlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı