“Türkiyənin Suriya ilə müharibəyə başlamasının əsas səbəbi odur ki, Qərb İranın bölgədəki nüfuzuna zərbə vurmaq istəyir”.
Bu sözləri Modern.az-a Suriya-Türkiyə arasında başlanan müharibəni şərh edərkən politoloq Zərdüşt Əlizadə deyib. Onun sözlərinə görə, əvvəlcə Suriyaya qarşı informasiya müharibəsinə başlayıb Bəşər Əsədi diktator adlandırdılar.
“Amma Ərəb dünyasında ən böyük diktaturalar Səudiyyə Krallığı və Qatar əmirliyindədir. Onlar ABŞ-ın bir nömrəli müttəfiqləridir. Bəşər Əsəd də əlbəttə, diktatordur. Amma dünyəvi diktatordur. Səudiyyə kralı bütün Ərəb dünyasındakı “küçə uşaqları”nı Suriyaya göndərib. Onlar da guya inqilaba başlayıblar. İnqilabın nəticəsi odur ki, Suriya artıq xarabadır, bütün tarixi-mədəni abidələri dağılıb. 90 min qaçqın Türkiyədə, 100 min Livanda, İordaniyadadır. Ölkədə ABŞ-ın təhriki ilə vətəndaş müharibəsi gedir.”.