Modern.az

Dünyada 1 milyard insan aclıqdan əziyyət çəkir

Dünyada 1 milyard insan aclıqdan əziyyət çəkir

مورد توجه

16 Oktyabr 2012, 09:55

16 oktyabr Ümumdünya Ərzaq günüdür. 1979-cu ildə BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının konfransında elan edilən bu tarixin məqsədi əhalinin dünyadakı ərzaq problemlərindən məlumatlandırılması, aclıq və yoxsulluğa qarşı mübarizədə həmrəyliyin möhkəmləndirilməsidir.
Oktyabrın 16-ı həm də BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının yaranma günüdür.

BMT-nin Ümumdünya Ərzaq Proqramının Azərbaycan nümayəndəliyinin rəhbəri Fuad Hüseynov bildirib ki, hazırda dünyada 1 milyarddan çox insan aclıqdan və az qidalanmaya görə xəstəliklərdən əziyyət çəkir.

Dünya üzrə hər 6 nəfərdən 1-i ərzaqla bağlı problem yaşayır. Aclıq çəkən insanlar daha çox Asiya, Afrika, Yaxın Şərq, Latın Amerikası bölgələrində yaşayırlar. BMT ekspertlərinin məlumatına görə, Asiya və Sakit okean bölgəsinin ölkələrində xroniki aclıqdan təxminən 642 milyon nəfər əziyyət çəkir. Afrika və Saxaranın cənubunda bu rəqəm 265 milyon, Latın Amerikası və Karib hövzəsi ölkələrində isə 53 milyon nəfər təşkil edir. Yaxın Şərq və Şimali Afrikada 42 milyon nəfər aclıq çəkir. Sənaye cəhətdən inkişaf etmiş ölkələrdə isə acların sayın 15 milyon nəfərdir.
Ekspertlər hesab edirlər ki, istər qiymətlərin enməsi və iqtisadi rifah dövründə, istərsə də qiymətlərin kəskin artımı və iqtisadi tənəzzül dövründə aclıq çəkənlərin sayının artması ümumdünya ərzaq təhlükəsizliyi sisteminin idarə olunmasında zəifliklərlə bağlıdır.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı