Modern.az

Artilleriya atəşinin ustaları yarışa başladı

Artilleriya atəşinin ustaları yarışa başladı

Aktual

25 Avqust 2021, 19:18

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstan Respublikasının Qvardiya qarnizonunda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin təntənəli açılış mərasimi olub.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, Qazaxıstan Respublikasının Dövlət Himninin ifası ilə tədbir açıq elan edildikdən sonra müsabiqəyə qatılan komandaların təntənəli keçidi olub.


Qazaxıstan Respublikasının müdafiə naziri, general-leytenant Nurlan Yermekbayev çıxış edərək Beynəlxalq Ordu Oyunlarının başlaması münasibətilə yarış iştirakçılarını təbrik edib, komandalara uğurlar arzulayıb. Qazaxıstanın müdafiə naziri oyunların beynəlxalq əməkdaşlığın formalaşması, gücləndirilməsi və inkişafında əhəmiyyətindən danışaraq bu əlaqələrdə Qazaxıstanın rolunu da qeyd edib.

 

Sonra Beynəlxalq Ordu Oyunlarının bayrağı qaldırılıb və müsabiqədə iştirak edən komandalar “Beynəlxalq Ordu Oyunları” marşını ifa ediblər.

 

Təntənəli mərasimin sonunda minaatan qruplarının yarışlarına start verilib.

 

Sentyabrın 4-dək davam edən "Artilleriya atəşinin ustaları" müsabiqəsində Azərbaycan, Belarus, Vyetnam, İran, Rusiya, Suriya, Tacikistan və Özbəkistan komandaları iştirak edirlər.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı