Modern.az

İki partiya sədri görüşüb, nədən danışdılar? - FOTO

İki partiya sədri görüşüb, nədən danışdılar? - FOTO

Güncel

14 Noyabr 2012, 16:41

Bu gün Vətəndaş və İnkişaf Partiyasının (VİP) qərargahında VİP sədri Əli Əliyev və Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu arasında görüş keçirilib.  VİP mətbuat xidməti Modern.az-a bildirib ki, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, 2013-cü il prezident seçkiləri və müxalifət düşərgəsinin mövcud durumu geniş müzakirə olunub.

S.Cəlaloğlu və Ə.Əliyevin söhbətində gələn il keçiriləcək prezident seçkilərinin yaxınlaşdığı ərəfədə müxalifət düşərgəsində hökm sürən pərakəndəlikdən dərin narahatlıq ifadə olunub. ADP və VİP sədrləri ölkənin əsas müxalifət qüvvələrinin bir araya gəlməsi üçün imkanların qaldığını və onların düzgün qiymətləndirilməsinin vacibliyini önə çəkiblər. Partiya sədrləri bu istiqamətdə ləngimədən real təşəbbüslərlə çıxış etməyin zəruriliyini vurğulayıblar. Partiya sədrlərinin görüşündə bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.



Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı