Modern.az

Dünyanın 19 ölkəsində qeyd olunan Beynəlxalq Tualet günü

Dünyanın 19 ölkəsində qeyd olunan Beynəlxalq Tualet günü

Aktual

19 Noyabr 2012, 12:36

Bu gün Ümumdünya Tualet günüdür. Modern.az-ın məlumatıına görə, 2001-ci il noyabrın 19-dan etibarən Dünya Tualet Təşkilatı bu günü qeyd edir.

Ümumdünya Tualet günü dünyanın 19 ölkəsində qeyd olunur. İlk baxışdan gülməli gəlsə də, BMT-nin araşdırmalarına görə, dünyada 2,6 milyard insan ayaqyolu problemindən əziyyət çəkir, hər gün 5000 uşaq tualetin səbəb olduğu infeksion xəstəliklərə və gigiyenik şəraitin məhdudluğuna görə vəfat edir. Təkcə Hindistanda 650 milyon insanın, yəni əhalinin yarısından çoxunun evində tualet yoxdur.

Bu rəqəmdən Azərbaycanın payına nə qədər düşür, – məlum deyil.

Ölkəmizdə də bu məsələ də öz həllini tapmayıb. Hər gün minlərlə insan işə, görüşə gedir, paytaxtımıza yüzlərlə turist gəlir. Həm paytaxt sakinləri, həm də Bakının qonağı olan turistlər, şübhəsiz, eyni bir problemlə üzləşmək məcburiyyətində qalır, yəni ayaqyolu problemi ilə. Demək olar ki, şəhərdəki bir çox parklarda ictimai tualet yoxdur. Bakının ən böyük gəzinti yerlərindən biri sayılan Fəvvarələr bağında mövcud olmuş ictimai ayaqyolunu təmir dövründə lüzumsuz biliblər.

Bununla bərabər, Bakı Metropolitenin bir çox stansiyalarında bu məsələ problem olaraq qalır.

Sevinc İltifatqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı