Modern.az

Ceyhun Bayramov Azərbaycan-İran münasibətlərindən DANIŞDI

Ceyhun Bayramov Azərbaycan-İran münasibətlərindən DANIŞDI

Aktual

27 Dekabr 2021, 12:50

Azərbaycanla İran Xarici İşlər Nazirlikləri arasında altı aydan bir siyasi məsləhətləşmələr aparılması barədə razılıq əldə edilib. 


Modern.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib. 

O bildirib ki, bu razılıq iranlı həmkarı Hüseyn Əmir Abdoullahianla Bakıda keçirdiyi görüşdə əldə edilib. 

Nazir onu da qeyd edib ki, digər razılıq Azərbaycan və İran XİN-lərinin mətbuat katibləri (Leyla Abdullayeva və Səid Xətibzadə) arasında da intensiv kommunikasiyaların yaradılması ilə bağlıdır. 

XİN rəhbəri qeyd edib ki, yaxın zamanlarda Hökumətlərarası İqtisadi Komissiyanın iclası keçiriləcək və yeni yol xəritəsi hazırlanacaq ki, bu da ölkələr üçün vacibdir.

C.Bayramov deyib ki, bir müddət əvvəl iki ölkə arasında gərginlik, müəyyən anlaşılmazlıqlar oldu, lakin bu, qısa müddət ərzində aradan qalxdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı