Modern.az

“Daha dəhşətli rəqəmlər var” - Komitə sədri

“Daha dəhşətli rəqəmlər var” - Komitə sədri

Aktual

27 Dekabr 2021, 13:15

"Konservativ düşüncə ilə müasir insan yetişdirmək mümkün deyil”.

 

Modern.az xəbər verir ki, bu fikirləri parlamentin bu gün keçirilən plenar iclasında gender bərabərliyindən danışan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

 

Komitə sədri bildirib ki, erkən nikahlar, təhsildən yayınma problemləri komitənin və aidiyyəti qurumların diqqət mərkəzindədir:

 

“Təhsil, Səhiyyə nazirlikləri ilə bu problemləri həll etmək üçün ciddi işlər aparırıq"

 

Bahar Muradovanın sözlərinə görə, Aran iqtisadi rayonunda qızların erkən nikaha cəlb olunması halı daha çoxdur:

 

" Bu, icra hakimiyyətinin qeydə aldığı rəqəmlərdir. “Daha dəhşətli rəqəmlər var. Uşaq evlilikləri problemi var. Ailələr, qonşular bu məsələnin aktiv həllinə kömək edə bilər. Təhsildən yayınma halları ilə bağlı Təhsil Nazirliyi ilə birgə işləyirik. Bizim təhsil naziri ilə telefon danışığımız da olub. Təhsilin müddəti ilə bağlı Təhsil Nazirliyinin təklifləri var”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı