Modern.az

2 yaşlı Məhəmməd niyə oğurlanmışdı? - RƏSMİ

2 yaşlı Məhəmməd niyə oğurlanmışdı? - RƏSMİ

Aktual

10 Yanvar 2022, 12:05

Xəbər verdiyimiz kimi, 10 gündür oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev tapılıb. Onu oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova və Şamil Əliyev saxlanılıblar.

 

Bəs onlar 2 yaşlı Məhəmmədi hansı məqsədlə oğurlamışdılar?

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda məsələ ilə bağlı istintaq hərəkətləri aparılır:

 

“Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

 

Qeyd edək ki, uşağın tapılması üçün Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat həyata keçirilib.

 

İntensiv əməliyyat-axtarış tədbiri nəticəsində 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev tapılıb.

 

Onu oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova və Şamil Əliyev saxlanılıblar.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı