Modern.az

Deputat Qocalar Evində - FOTOLAR

Deputat Qocalar Evində - FOTOLAR

Aktual

29 Dekabr 2012, 18:25

Bilgəhdə yerləşən Qocalar Evində "Avrasiya Beynəlxalq Arşadırmalar İnstitutu" İB tərəfindən 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə iştirak edən millət vəkili, "Avrasiya Beynəlxalq Arşadırmalar İnstitutu" İB-nin sədri Qənirə Paşayeva hər kəsi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təbrik edib, onlara cansağlığı və ürəklərindən keçən arzularının reallaşmasını diləyib. Xalqımızın əsrlər boyu qoruyub saxladığı nəcib əxlaqi  keyfiyyətlərdən  böyüklərə, yaşlılara, qocalara hörmət olduğunu söyləyən Qənirə Paşayeva bu bayramları Qocalar Evində onlarla birlikdə keçirməkdən böyük məmnunluq duyduğunu dilə gətirib.
31 dekabr - Dünya Azərbaycanlıları  Həmrəylik  gününün mahiyyətindən  söz  açan millət vəkili yalnız  bir gün deyil,  daima həmrəy olmağımızın vacibliyindən danışıb. Qocalar evində məskunlaşan ahıllarımızı təkcə bayram günlərində deyil, həmişə yad etməyin, onları ziyarət edib problem və qayğıları ilə maraqlanmağın vacibliyindən danışan Qənirə Paşayeva bütün övladlara səslənib: "Valideynlərimizə daha böyük diqqət ayırmalı, onları böyük sevgi ilə əhatə etməliyik. Dünyada bizim üçün onlardan qiymətli heç nə ola bilməz. Onlar üçün ən gözəl yer və ən böyük xoşbəxtlik övladlarının yanında olmaq, onlarla bir evi, yuvanı bölüşməkdir. Mən qocalar evində məskunlaşan ana-atalarımız üçün nə qədər yaxşı şərait yaradılsa da, onların öz övladları ilə, yaxınları ilə birlikdə yaşamasını arzu edirəm. Çünki dünyanın ən gözəl yeri belə onlara evlərinin və övladlarının sevgisini əvəz edə bilməz". Millət vəkili Qocalar Evində məskunlaşan bütün ahıllara qiymətli hədiyyələr təqdim edib, onlarla söhbət edərək qayğı və problemləri ilə maraqlanıb. Tədbirdə Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva geniş konsert proqramı ilə çıxış edib.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı