Ukraynanın Xarici İşlər Nazirliyi (XİN) rəsmi tviter hesabında Azərbaycan ilə diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə paylaşım edib.
Modern.az xəbər verir ki, paylaşımda hər iki dövlətin dost və strateji tərəfdaşlıq münasibətləri vurğulanıb.
“Biz strateji əlaqələrimizi və ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığımızı dərinləşdirməyə davam edirik!”, - XİN-in paylaşımında qeyd edilib.