Modern.az

Mehriban Əliyevanın fəaliyyəti Azərbaycanla məhdudlaşmır

Mehriban Əliyevanın fəaliyyəti Azərbaycanla məhdudlaşmır

مورد توجه

21 Fevral 2022, 13:32

Hər kəsə məlumdur ki, ölkəmizin mədəni tərəqqisində, müxtəlif sahələrin inkişafında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ali məramlı fəaliyyəti müstəsna rol oynayır. Təsadüfi deyil ki, həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda Mehriban xanım öz humanist fəaliyyəti ilə seçilən, mədəniyyətə, elmə, təhsilə, səhiyyəyə, idmana daim qayğı göstərən bir ictimai-siyasi xadim kimi tanınır.

 

2004-cü ildə təsis olunmuş Heydər Əliyev Fondu Mehriban xanımın rəhbərliyi altında artıq uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsi hesab olunur. Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə etməklə yanaşı, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynayır.  Fondun dəstəyi ilə 2007-ci ildən başlayaraq, hər il müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, dünya ictimaiyyəti ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi təcavüzkarlıq aktı barədə məlumatlandırılır. Qeyd etmək lazımdır ki, məhz bu tədbirlərdən sonra bir sıra ölkələrin parlanmentləri Xocalı soyqırımının tanınması haqqında qərarlar qəbul etmişdir.

 

Azərbaycanı beynəlxalq aləmdə ən layiqli şəkildə təmsil edən Mehriban xanım ali dəyərlərə söykənən fəaliyyəti ilə ölkəmizin “yumşaq güc” siyasətinin təcəssümüdür. Bu baxımdan, deyə bilərik ki, beynəlxalq münasibətlər sistemində Azərbaycanla dost olan dövlətlərin sayının artmasında Azərbaycanın Birinci vitse-prezidentinin xidmətləri misilsizdir. Çünki Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycanla məhdudlaşmır, sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması kimi qlobal məsələləri əhatə  edir. 

 

Azərbaycanın Birinci vitse-prezidentinin Fransa, İtaliya, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrin birinci xanımları və ya dövlət idarəetməsində yüksək mövqe tutan xanımları ilə keçirdiyi çoxsaylı görüşlər, əməkdaşlıq etdiyi müxtəlif platformalar xüsusi əhəmiyyət daşıyır.

 

Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər nəticəsində bu gün Azərbaycan dünyanın siyasi xəritəsində mədəniyyətlərarası dialoqun ünvanlarından biri hesab edilir. Azərbaycanın ev sahibliyi etdiyi I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər tədbirlər məhz Mehriban xanımın təşkilatçılığı ilə yüksək səviyyədə keçirilib.

 


Mehriban xanım Əliyeva Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanması və inkişaf etdirilməsinə yönəlmiş əzmkar fəaliyyətinə görə 2004-cü ildə dünyanın ən nüfuzlu beynəlxalq qurumlarından olan UNESCO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür. Mehriban xanımın irəli sürdüyü təşəbbüslərin nəticəsidir ki, UNESCO-nun qərargahında Azərbaycanın böyük şəxsiyyətlərinin yubileyləri qeyd olunur, Azərbaycan mədəniyyətini dünyaya təbliğ edən çoxsaylı tədbirlər keçirilir. Mirzə Kazımbəyin 200 illik, akademik Yusif Məmmədəliyevin, xalçaçı-rəssam Lətif Kərimovun, akademik Musa Əliyevin, yazıçı Mir Cəlal Paşayevin, rəssam Səttar Bəhlulzadənin və dramaturq İlyas Əfəndiyevin 100 illik yubileylərinin, eyni zamanda, Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik, həmçinin Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının 100 illik, “Leyli və Məcnun” operasının ilk tamaşasının 100 illik, “Kitabi-Dədə Qorqud” eposunun alman dilinə tərcüməsinin və nəşrinin 200 illik yubileyinin UNESCO səviyyəsində qeyd edilməsi bunun bariz nümunəsidir.
Azərbaycanın milli sərvəti olan muğam sənətinin beynəlxalq arenaya çıxarılması da Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdəndir. Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması, dünyanın müxtəlif yerlərindən gələn muğam ifaçılarının iştirakı ilə Azərbaycanda Beynəlxalq Müsabiqəsinin keçirilməsi, muğamın UNESCO -nun qeyri-maddi irs siyahısına salınması Mehriban xanımın bu istiqamətdəki yorulmaz fəaliyyətinin nəticələridir.


Mehriban Əliyevanın rəhbərliyi altında Azərbaycanın maddi və qeyri-maddi irsinin, Azərbaycan xalqının yaratmış olduğu ənənə və dəyərlərin dünyada tanıdılması üçün yüzlərlə təqdimatlar, sərgilər və tədbirlər keçirilmişdir. Dünya ictimaiyyətinın ölkəmizi daha yaxından tanımağa və öyrənməyə başlaması Fransa, İtaliya, Rusiya və digər ölkələrdə keçirilən çoxsaylı belə tədbirlərin nəticəsidir. 


Milli dəyərlərə sadiqlik, dilimizin, tariximizin, mədəniyyətimizin və milli-mənəvi dəyərlərimizin qorunmasına yönəlmiş çoxşaxəli, əzmkar fəaliyyət Mehriban xanım Əliyevaya xalqın rəğbət və sevgisini qazandırmışdır. Bütün varlığı ilə azərbaycançılıq ideologiyasına  xidmət edən Mehriban xanım bu gün də dövlətçiliyimizin qorunması və qüdrətlənməsi yolunda uğurla fəaliyyət göstərir.


Ülviyyə Ağayeva

Milli Məclisin deputatı

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı