Macarıstan NATO qoşunlarının ölkənin qərbində yerləşdirilməsinə icazə verib.
Modern.az “Reuters”ə istinadən bildirir ki, bu barədə Baş nazir Viktor Orban fərman imzalayıb.
Fərmana əsasən, Macarıstan öz ərazisi vasitəsilə NATO-ya üzv olan digər dövlətlərə silah tədarükünə də icazə verəcək. Lakin fərmanda qeyd olunub ki, bu ölkədən Ukraynaya ölümcül silah daşınmasına icazə verilmir.