Modern.az

Qaxda reyd - sürücülər cərimələndi

Qaxda reyd - sürücülər cərimələndi

مورد توجه

7 Mart 2022, 20:45

Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhərin küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar reyd keçiriblər.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, yol polisi əməkdaşları şəhərin müxtəlif istiqamətlərində parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücülərini aşkarlayıblar.

 

Tədbirlər zamanı 15 sürücü barəsində inzibati protokol tərtib olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı