Modern.az

Ermənistanda ehtiyatda olan hərbçilər təlimlərə ÇAĞIRILDI

Ermənistanda ehtiyatda olan hərbçilər təlimlərə ÇAĞIRILDI

مورد توجه

10 Mart 2022, 13:26

Ermənistan hökuməti ehtiyatda olan hərbçilər üçün aprelin 15-dən iyunun 15-dək hərbi təlimlər keçirəcək.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin təklif etdiyi qərar cümə axşamı hökumətin iclasında təsdiq edilib.

Sənədə uyğun olaraq, təlim-məşq toplanışında ehtiyatda olan hərbçilər iştirak edəcək.

Tədbirin keçirilməsində məqsəd döyüş peşə hazırlığının səviyyəsinin yüksəldilməsi, Silahlı Qüvvələrin sıralarının ehtiyatda olan hərbi qulluqçularla doldurulmasıdır.

Təlim zamanı ehtiyatda olan hərbçilər də döyüş növbətçiliyinə cəlb olunacaq, onların gücləndirilməsi üçün avtomobillərdən istifadə olunacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı