Milliyətcə erməni olan Tiqran Xudaverdyan Yandex-in Rusiyadakı baş direktoru təyin edilib.
Modern.az Ria-Novosti-yə istinadən xəbər verir ki, məlumatı adı çəkilən şirkət yayıb.
Məlumata görə, Tiqran Xudaverdiyan yeni vəzifəsini bütün şirkətlər qrupunun idarəedici direktoru vəzifəsi ilə birləşdirəcək.
Xudaverdyan 2019-cu ildən Yandex şirkətlər qrupunun idarəedici direktorudur.
Arkadi Voloj qrupun baş direktoru olaraq qalır.