Modern.az

“Bakı-Quba yolu bərbad vəziyyətdədir” - Deputat

“Bakı-Quba yolu bərbad vəziyyətdədir” - Deputat

Current

15 Mart 2022, 12:54

“Bakı-Quba yolu çox bərbad vəziyyətdədir”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

 

Deputat bildirib ki, bu yolla gedib-gəlmək qeyri-mümkündür:

 

“Quba, Qusar turizm bölgəsidir, əvvəllər çox insanlar bu yerlərə gedirdilər. Amma yolun bu hala düşməsindən sonra gedənlərin sayı xeyli azalıb. Baş nazirdən xahiş edirəm ki, bu yolun təmirinə vəsait ayırasınız. Çünki mən sual ünvanlayanda aidiyyəti qurumlar deyir ki, alternativ yol çəkiləcək. Amma o yol tezliklə çəkilməyəcək. Ona kimi mövcud yol təmir edilsə, yaxşı olar”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı