Modern.az

“Lavrovla danışdım, yaxşı xəbərlər gözləyirik” - Çavuşoğlu

“Lavrovla danışdım, yaxşı xəbərlər gözləyirik” - Çavuşoğlu

مورد توجه

15 Mart 2022, 14:00

“Dünən gecə rusiyalı həmkarım Sergey Lavrovla danışdım. Onlardan yaxşı xəbərlər gözləyirik”.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

 

“Azərbaycanlı qardaşlarımız bizim vətəndaşlarımızla birlikdə təxliyə olunur. Eyni zamanda Ahıska türkləri, Krım tatarları və digərlər xalqların nümayəndələri təxliyə edilir”, - deyə XİN başçısı vurğulayıb.

 

Bundan öncə Ukrayna Prezident Ofisinin nümayəndəsi Aleksey Arestoviç bildirmişdi ki, Kiyevlə Moskva arasında bir həftə ərzində sülh razılaşması əldə oluna bilər.

 

Həmçinin oxuyun:

Müharibə başa çatır - Bir həftə ərzində sülh olacaq

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı