Modern.az

Rüstəm İbrahimbəyov "Xəzər" TV-ni məhkəməyə verir

Rüstəm İbrahimbəyov "Xəzər" TV-ni məhkəməyə verir

Aktual

4 Fevral 2013, 12:14

Azərbaycan Ziyalılar Forumunun üzvü, tanınmış kinodramaturq Rüstəm İbrahimbəyov “Xəzər” telekanalının onun barəsində yayımladığı reportajdan hiddətlənib. Buna görə də R.İbrahimbəyov telekanalı məhkəməyə verə bilər.

Bu barədə Modern.az-a R.İbrahimbəyovun vəkili Fuad Ağayev deyib. O, "Xəzər" TV-də Rüstəm İbrahimbəyovla bağlı yayımlanan reportaja münasibət bildirərkən, bu haqda məhkəməyə müraciət edilib-edilməyəcəyi barədə qərarın dramarutq tərəfindən veriləcəyini deyib.

“İstənilən halda belə qərarı Rüstəm bəy özü verir. Rüstəm bəy ehtiyac bilərsə, yəqin ki, müraciət olunacaq”,- deyə vəkil bildirib.

Xatırladaq ki, bir müddət əvvəl “Xəzər” telekanalında kinodramaturq Rüstəm İbrahimbəyovla bağlı qeyri-etik ifadələrin yer aldığı reportaj yayımlanıb.

 Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı