Ukrayna Prezidenti Volodimir Zelenski bu gün BMT-nin Təhlükəsizlik Şurasında çıxış edəcək.
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə TŞ-na sədrlik edən Böyük Britaniyanın qurumdakı diplomatik missiyası məlumat yayıb.
Bununla belə, diplomatik missiya çıxışın dəqiq vaxtı, həmçinin canlı olub-olmayacağı barədə məlumat verməyib.