Modern.az

Nazpəri Dostəliyeva: “Nə depressiyası!”

Nazpəri Dostəliyeva: “Nə depressiyası!”

Current

5 Fevral 2013, 11:50

“Mən hər verilişə çıxan adam deyiləm. Verilişlərə çıxmazdan öncə seçim edirəm”. Bunu Modern.az-a xalq artisti Nazpəri Dostəliyeva depressiyaya düşdüyü barədə deyilənlərə cavab olaraq söyləyib. Xanım müğənni efirlərə az-az çıxmasının səbəbini belə izah edib:
“Mən hər efirə, verilişə çıxan adam deyiləm. Ona görə ki, hər veriliş mənə uyğun deyil. Seçim edirəm, az-az çıxıram. Depressiyam-filanım yoxdur. Hər şey çox gözəldir. Yaradıcılığım davam edir. Sadəcə efirlərə az çıxıram. Studiyada yeni mahnılarım var, nə depressiyası!”.

N. Dostəliyevanın sözlərinə görə, yeni mahnıya klip çəkdirir. “Bir hissəsini dünən çəkmişik, inşallah bu həftə növbəti çəkilişi edəcəyik. Bu, sözləri Zahir Abbasa, musiqisi Tunara aid olan “Dur gedək” mahnısıdır. Klipin rejissoru isə Salam Məmmədovdur”. 

Şahanə RƏHİMLİ

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı