Modern.az

Slovakiyanın müdafiə naziri Putini Hitlerə bənzətdi

Slovakiyanın müdafiə naziri Putini Hitlerə bənzətdi

مورد توجه

15 Aprel 2022, 10:50

Slovakiyanın müdafiə naziri Yaroslav Nad Rusiyanın Ukraynaya müdaxiləsinə görə prezident Vladimir Putini Adolf Hitlerlə müqayisə edib.

Modern.az xəbər verir ki, nazir bunu “Nyu York Tayms” qəzetinə şərhində deyib.

Yaroslav Nadın fikrincə, Vladimir Putin Hitlerə bənzər simadır və onun təcavüzü Qərbə keçməzdən əvvəl Ukraynada dayandırılmalıdır.

"Ukrayna sözün əsl mənasında bizim gələcəyimiz üçün mübarizə aparır", - Yaroslav Nad deyib.

Bundan əvvəl Slovakiyanın S-300 hava hücumundan müdafiə sistemini Ukraynaya ötürdüyü bildirilirdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı