Modern.az

Külək axşama doğru zəifləyəcək

Külək axşama doğru zəifləyəcək

مورد توجه

22 Aprel 2022, 10:42

Bu gün Bakıda və Abşeron yarımadasında 15-20 m/s sürətlə əsən şimal-qərb küləyi axşam zəifləyəcək.

 

Bu barədə Modern.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Qeyd edək ki, bugünkü hava proqnoza görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Havanın temperaturu gecə 10-12° isti, gündüz 16-19° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı