Modern.az

Novruz bayramında 7 gün iş olmayacaq

Novruz bayramında 7 gün iş olmayacaq

Aktual

13 Fevral 2013, 10:36

Azərbaycanda Novruz Bayramı 7 gün davam edəcək. Nazirlər Kabinetindən ANS PRESS-ə verilən məlumata görə, mart ayının 20-dən 24-nə kimi rəsmi bayramdır. Amma 23-24-ü qeyri-iş günlərinə düşdüyündən müvafiq olaraq 25-26 mart iş günləri sayılmayacaq.
Azərbaycan vətəndaşları üçün bu bayram martın 20-dən 26-na qədər davam edəcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının 30 dekabr 2005-ci il tarixli "Əmək Məcəlləsinə dəyişikliklər və əlavələr haqqında" qanununa əsasən, bayram günləri həftə sonlarına təsadüf etdikdə həmin günlər müvafiq olaraq iş günlərinə keçirilir.
 
Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı