Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın müharibədəki hərbi itkilərini açıqlayıb.
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, müharibə başlayandan (fevralın 24-dən) bu gün səhər saatlarına qədər Rusiya ordusu 26350 nəfər hərbçi itirib.
Digər itkilər aşağıdakı kimidir:
tanklar – 1187
zirehli döyüş maşını – 2856
artilleriya sistemi – 528
reaktiv yaylım atəşi sistemi – 185
havadan müdafiə sistemi – 87
təyyarə - 199
helikopter – 160
avtomobil texnikası və yanacaq çəni – 1997
gəmi/kater – 12
PUA – 190
xüsusi texnika – 141
qanadlı raket – 94