Modern.az

Nazirdən həkimlərlə bağlı ƏMR

Nazirdən həkimlərlə bağlı ƏMR

مورد توجه

11 May 2022, 15:46

Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması üçün imtahan keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, 1 ay müddətində imtahanın keçirilməsi qaydası barədə Nazirliyin kollegiya qərarının layihəsi hazırlanacaq.

 

İmtahanın keçirilməsi üçün lazım olan imtahan proqramı və suallar toplusu 3 ay müddətində hazırlanaraq kadr məsələləri üzrə komissiyaya təqdim ediləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı