Modern.az

Mirzoyan Bayramovla görüşü müsbət qiymətləndirdi

Mirzoyan Bayramovla görüşü müsbət qiymətləndirdi

Актуально

13 May 2022, 14:58

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan MDB Nazirlər Şurası çərçivəsində Rusiya və Azərbaycanın XİN başçıları ilə keçirilən görüşü müsbət qiymətləndirib.

 

Modern.az xəbər verir  ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

 

Mirzoyan ümid edir ki, Sergey Lavrov və Ceyhun Bayramovla görüş regionda sülh və sabitliyin bərqərar olması istiqamətində növbəti addım olacaq.

 

XİN rəhbəri, həmçinin İrəvanın Ermənistan, Rusiya və Azərbaycan liderləri səviyyəsində əldə edilmiş üçtərəfli razılaşmaların həyata keçirilməsinə sadiq qaldığını deyib.

 

Qeyd edək ki, ötən gün Düşənbə şəhərində MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı