Modern.az

Sumqayıtdakı yanğın SÖNDÜRÜLÜB

Sumqayıtdakı yanğın SÖNDÜRÜLÜB

Güncel

17 May 2022, 09:36

Sumqayıtda sexdə baş verən yanğın söndürülüb.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a verilən xəbərə görə, Sumqayıt şəhərində sexdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

İlkin məlumata əsasən, yanğın nəticəsində tikilinin dam örtüyü təqribən 670 kv.m sahədə yanıb.

 

***

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində sexdə yanğın olması barədə məlumat daxil olub.

 

FHN-dən Modern.az-a verilən xəbərə görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

 

Həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

 

Əlavə məlumat veriləcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı