Modern.az

Səudiyyə kralından Prezidentə təbrik

Səudiyyə kralından Prezidentə təbrik

مورد توجه

21 May 2022, 18:39

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

 

Modern.az xəbər verir ki, təbrik məktubunda deyilir:

 

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

 

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına davamlı inkişaf və tərəqqi arzu edirik.

 

Zati-alinizə hörmət və ehtiramla,

 

Qardaşınız,

Salman bin Əbdüləziz Al Səud

İki Müqəddəs Ocağın Xadimi,

Səudiyyə Ərəbistanının Kralı".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı