Modern.az

Fərəc Quliyevin partiyasında yeni təyinatlar oldu

Fərəc Quliyevin partiyasında yeni təyinatlar oldu

Aktual

23 Fevral 2013, 15:05

Bu gün Milli Dirçəliş Hərəkatı Partiyasının rəhbər strukturuna maraqlı təyinatlar olub. Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, MDHP sədrinin müşavirlərindən biri Türkiyə vətəndaşı olacaq. Verilən məlumata görə, Akçay Mehmet Mülazim oğlu adlı bu siyasətçi sədrin Türk Dünyası ilə əlaqələr üzrə müşaviri təyin edilib. 

Digər təyinatlar isə belədir;

Məmmədov Rəşad Əbülfəz oğlu - Milli Dirçəliş Hərəkatı Partiyası sədrinin gənclərlə iş üzrə müşaviri,

Talıblı Sübhan Ələkbər oğlu - Milli Dirçəliş Hərəkatı Partiyası sədrinin siyasi məsələlər üzrə müavini,

Həşimov Heydər (Oğuz) Tahir oğlu - Milli Dirçəliş Hərəkatı Partiyasının mətbuat xidmətinin rəhbəri,

Həsənli Seymur Ağasəlim oğlu - Milli Dirçəliş Hərəkatı Partiyası sədrinin ictimaiyyətlə əlaqələr üzrə müşaviri vəzifələrinə gətirilib.
Qeyd edək ki, Seymur Həsənli bundan əvvəl  Gənclər Təşkilatının sədri və partiya sədrinin müavini vəzifəsini tuturdu. O, başqa bir sərəncamla əvvəl yürütdüyü səlahiyyətlərini icra etməkdən azad olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı