Modern.az

Merkel müharibədə kimin tərəfində olduğunu AÇIQLADI

Merkel müharibədə kimin tərəfində olduğunu AÇIQLADI

مورد توجه

2 İyun 2022, 11:19

Rusiyanın Ukrayna ərazisinə genişmiqyaslı hərbi müdaxiləsinin dördüncü ayında Almaniyanın keçmiş kansleri Angela Merkel kimin tərəfində olduğunu açıqlayıb.

Modern.az Reuters-ə istinadən xəbər verir ki, Merkel Ukraynanı dəstəkləyib.


Bu barədə eks-kansler Almaniya Həmkarlar İttifaqları Konfederasiyasının sədri ilə vida mərasimində bildirib.


"Mən Ukrayna ilə həmrəyəm", - Merkel deyib. O, həmçinin qeyd edib ki, Almaniya hökumətinin Ukraynaya yardımla bağlı hərəkətlərini və vəziyyəti həll etmək cəhdlərini dəstəkləyir.


Merkel “Şimal axını 2” layihəsini dəstəklədiyinə görə tənqid olunması fonunda yaranmış vəziyyətə münasibətindən danışıb. Almaniyanın keçmiş kansleri Ukrayna ilə bağlı gələcək addımlarla bağlı hazırkı hökumətə hər hansı məsləhət verməkdən imtina edib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı