Modern.az

Ermənistan müxalifəti sabaha kütləvi mitinq təyin etdi

Ermənistan müxalifəti sabaha kütləvi mitinq təyin etdi

Aktual

2 İyun 2022, 14:02

Sabah saat 16:00-da Ermənistan parlamentinin növbədənkənar iclası başlayacaq.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, parlamentin növbədənkənar iclasını nəzərə alan müxalifət növbəti kütləvi etiraz aksiyası təyin edib.

Parlamentin müxalifətdən olan vitse-spikeri, “Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan İrəvan sakinlərini iyunun 3-ü saat 16:00-da Fransa meydanına çağırıb.

“Əvvəlcə müxalifət fraksiyalarından olan deputatlarımızı dəstəkləyəcəyik, sonra parlamentdə gedən proseslərdən asılı olaraq bundan sonra nə edəcəyimizə qərar verəcəyik. Sabah Fransa Meydanında görüşək”, - deyə o, mitinqlə bağlı çağırışında bəyan edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı