Rəsmi Ankara İsveç və Finlandiyanın NATO-ya üzv olmasını dəstəkləmir.
Modern.az xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Venesuela lideri Nikolas Maduro ilə görüşündə deyib.
"NATO təhlükəsizlik təşkilatıdır, terroru dəstəkləyən təşkilat deyil. Nə qədər ki, İsveç dövlət televiziyasında terrorçu liderlərlə müsahibələr yayımlanır, biz bu ölkənin NATO-ya daxil olmasını qəbul edə bilmərik. Eyni şey Finlandiyaya da aiddir", - deyə Ərdoğan bildirib.