“Bu gün mətbuatda Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində “Azərsu” ASC-yə məxsus su quyusunun üzərində quraşdırılmış mancanaqdan qadın meyiti tapılıb xəbəri ilə əlaqədar diqqətinizə çatdırırıq ki, həmin ərazidə "Azərsu" ASC-yə aid heç bir quyu yoxdur”.
Modern.az xəbər verir ki, bunu "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib.
Onun sözlərinə görə, sözügedən quyu fərdi şəxsə məxsusdur.
Yayılan məlumatlarda Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsindəki su quyusunun üzərində ölən qadının paytaxt sakini, 1964-cü il təvəllüdlü Həcərxanım Məmmədova olduğu bildirilib.
Məlumata görə, mancanaqda əlini yumağa çalışan qadının boynunun hərəkət edən dirsəyin arasında qalması səbəbindən öldüyü məlum olub.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.