Modern.az

Türkiyə şəhid verdi, 3 hərbçi yaralandı

Türkiyə şəhid verdi, 3 hərbçi yaralandı

Güncel

11 İyun 2022, 23:00

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi “Pençe-Kilit” əməliyyat zonasında bir əsgər şəhid olub.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, terrorçular tərəfindən yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində daha 3 əsgər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

 

Nazirlik həlak olan əsgərin ailəsinə başsağlığı verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı