Rusiya ilə Ukrayna arasında ölən hərbçilərin cəsədlərinin növbəti mübadiləsi baş tutub.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Belə ki, “Azovstal”da həlak olan daha 64 hərbçinin cəsədi Ukraynaya təhvil verilib.
Qeyd edək ki, bundan öncə - iyunun 9-da “Azovstal”da həlak olan 58 hərbçinin cəsədi Ukraynaya qaytarılmışdı.