"Rossiya 1" telekanalının "Vesti nedeli" proqramının efirində Azərbaycanla bağlı videoreportaj nümayiş etdirilib.
Modern.az-ın məlumatına görə, müxbir Aleksandr Buzaladze xatırladıb ki, Azərbaycan ərazisi 30 ilə yaxın müddətdə işğal altında qalıb.
Rusiyalı jurnalist işğaldan azad edilmiş Füzuli və Şuşa şəhərlərində olub, Qarabağda aparılan bərpa işləri barədə tamaşaçılara məlumat verib.