Modern.az

Başqalarına xidmət etməkdən böyük peşə yoxdur

Başqalarına xidmət etməkdən böyük peşə yoxdur

مورد توجه

23 İyun 2022, 11:20

BMT-nin Baş katibi Antonio Quterreş Dövlət Qulluğu günü münasibətilə müraciət wnvanlay;b/

 

Modern.az xəbər verir ki, A.Quterreş deyib ki, başqalarına xidmət etməkdən daha böyük peşə yoxdur.

 

"Hər il Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu günündə dünyanın hər yerində öz fikir, təşəbbüs və qüvvələrini öz icmalarına və bəşəriyyətə xidmət üçün fəxrlə həsr edən qadın və kişiləri yada salırıq.

 

Bu ilin mövzusu bizə xatırladır ki, dövlət qulluğunda olan məmurlar icmalarda bərpa işlərini və dayanıqlı inkişafı təmin etmək üçün bir çox yerli və qlobal tərəfdaşlarla çiyin-çiyinə işləyir.

 

Tərəfdaşlıq inklüziv xidmətlərin hazırlanması və həyata keçirilməsi üçün çox vacibdir - dövlət xidmətlərinin genişləndirilməsi üçün texnoloji həllərlə bağlı özəl sektorla əməkdaşlıqdan tutmuş, dövlət siyasətləri, proqramlar və icmaların fəaliyyətlərində müxtəlif fikirləri daha yaxşı əks etdirmək üçün vətəndaş cəmiyyətləri ilə birgə fəaliyyətədək.

 

Gəlin bu əlamətdar gündə dövlət qulluqçularının dünyanın hər yerində təkcə gördüyü işi deyil, onların bütün insanlar üçün daha yaxşı gələcək qurmaq naminə tərəfdaşlığa olan sadiqliyini də qeyd edək", - Baş katib bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı