Modern.az

"Cəbrayıl" UEFA turnirində mübarizəni dayandırdı

مورد توجه

26 İyun 2022, 18:40

"Cəbrayıl" futbol komandası UEFA Region Kuboku yarışının ilkin seçmə mərhələnin ikinci qrupunda növbəti oyununu keçirib.

 

Modern.az xəbər verir ki, baş məşqçi Cavid Hüseynovun komandası Belarusun "Kolos" klubu ilə üz-üzə gəlib.

 

Şamaxı şəhər stadionunda keçirilən qarşılaşma "Cəbrayıl"ın 2:6 hesablı məğlubiyyəti ilə bitib. Komandamızın heyətində Məhəmməd Xəlilov və Rəşad Həmidov fərqləniblər.

 

Beləliklə, ilk matçda rəqibinə 1:2 hesabı ilə uduzan Azərbaycan təmsilçisi turnirdə mübarizəni dayandırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı