Modern.az

Ukraynaya 1 milyard avro yardım TƏKLİFİ

Ukraynaya 1 milyard avro yardım TƏKLİFİ

مورد توجه

1 İyul 2022, 21:00

Avropa Komissiyası Ukraynaya 1 milyard avro məbləğində yardım ayırmağı təklif edib.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen tviter hesabında yazıb.

 

“Bu gün biz Ukraynaya 1 milyard avro ayırmağı təklif edirik. Makromaliyyə yardımının birinci hissəsinin verilməsi may ayında elan edilib. Bu, ölkənin təcili ehtiyaclarını ödəməyə kömək edəcək”, - deyə o qeyd edib.

 

Ursula fon der Lyayen əlavə edib ki, Avropa İttifaqı Ukraynaya yardım göstərməyə davam edəcək və uzunmüddətli perspektivdə bu ölkənin bərpasına dəstək verəcək.

 

Qeyd edək ki, qərar Avropa İttifaqı Şurası və Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı