Modern.az

Bakıda 82 yaşlı qadın binadan yıxıldı

Bakıda 82 yaşlı qadın binadan yıxıldı

Aktual

26 İyul 2022, 09:20

Bakıda qadın ehtiyatsızlıqdan binanın 3-cü mərtəbəsindən yıxılıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu,Təbriz küçəsi, ev 116 ünvanında qeydə alınıb.

 

1940-cı il təvəllüdlü Şəfiqə Əhmədova yaşadığı 5 mərtəbəli binanın 3-cü mərtəbəsinin eyvanında paltar asarkən ehtiyatsızlıqdan yıxılıb. Qadın ağır xəsarətlər alıb və Klinik Tibbi Mərkəzə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı