Fransanın dəniz xilasediciləri İngiltərəyə keçməyə cəhd edərkən La-Manş boğazında köməksiz vəziyyətdə qalan 190-a yaxın miqrantı xilas ediblər.
Modern.az xəbər verir ki, son iki gündə xeyli sayda immiqrant gəmisi La-Manş boğazında ilişib qalıb.
Fransa Dəniz Patrulu Züydkot sahillərində 60-a yaxın şəxsi xilas etdikdən bir neçə saat sonra Hemmes-de-Mark sahillərində daha 50 miqrant təxliyə olunub.